Azərbaycan Endokrinoloqlar Cəmiyyəti İctimai Birliyi Avropa Endokrinologiya Cəmiyyətinin (ESE) milli tərəfdaş cəmiyyəti kimi rəsmi olaraq qəbul edilib. Bu, ölkəmizin tibb sahəsində beynəlxalq əlaqələrinin genişlənməsinə və elmi tədqiqatların güclənməsinə böyük töhfə verəcəkdir.
Bu münasibətlə, cəmiyyətimizin hər bir üzvünü təbrik edir, gələcəkdə birlikdə daha böyük uğurlara imza atmağımızı arzu edirik.