Haqqımızda

“Azərbaycan Endokrinoloqlar Cəmiyyəti” İctimai Birliyi 13 oktyabr 2023-cü ildə təsis olunub.

Cəmiyyətin əsası Eyvazov Xəyyam Süleyman oğlu və Məmmədova Gülay Həsən qızı tərəfindəm qoyulmuşdur.

Birlik endokrinologiya və əlaqəli sahələrdə fəaliyyət göstərən həkimləri, elmi və ictimai qurumları bir araya gətirərək əlaqələri inkişaf etdirmək, ölkəmizin elminə töhfə vermək məqsədi daşıyan və gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır.

Misiya & Hədəflərimiz

  • 1

    İnkişaf

    Ölkəmizdə Endokrinologiya və Metobolizma xəstəlikləri sahəsində bilik və təcrübəni fərdi-klinik səviyyədən, beynəlxalq səviyyəyə çatdırmaq

  • 2

    Tədris

    Endokrinoloqların biliklərini artırmaq və dünya endokrinologiyasının nailiyyətlərini Azərbaycanda təbliğ etmək

  • 3

    Marifləndirmə

    Endokrinologiya və Metobolizma xəstəlikləri barəsində cəmiyyətdə Səhiyyə maarifini artırmaq

  • 4

    Əməkdaşlıq

    Azərbaycan endokrinoloqları ilə Türkiyə, Avropa və digər ökələrin endokrinoloqları arasında əməkdaşlığın inkişafına kömək etmək