Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin 2-ci Milli Konfransı keçiriləcək

11-12 Aprel 2026-cı il tarixlərində Fairmont Baku, Flame Towers otelində Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin 2-ci Milli Konfransı baş tutacaqdır. Bu mötəbər elmi tədbir Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə təşkil olunur.

İki gün davam edəcək konfransda endokrinologiyanın ən aktual mövzuları müzakirə ediləcəkdir:

  • Hipofiz Vəzi Xəstəlikləri: Akromegaliya, prolaktinoma və hipofiz insidentalomalarının menecmenti.
  • Arterial Hipertoniya və Böyrəküstü Vəzi: Birincili hiperaldosteronizm və ikincili hipertoniyaya müasir yanaşmalar.
  • Diabet və Metabolizm: 2026-cı il ADA protokolları, Tip 2 diabetdə effektiv müalicə və çəki idarəolunmasında yeni standartlar.
  • Qalxanabənzər Ətraf Vəzi: Hipoparatiroidizmin idarə olunması üzrə video təqdimatlar.

Tədbirdə həm yerli, həm də tanınmış beynəlxalq mütəxəssislər məruzəçi qismində çıxış edəcəklər.

Konfrans kreditli tədbir statusuna malikdir və tibb mütəxəssisləri üçün davamlı tibbi təhsil imkanı yaradır. Təşkilati işlər rəsmi agentlik olan “KONORA Events” tərəfindən həyata keçirilir.