24 Oktyabr 2024-cü il tarixində, The Ritz-Carlton otelində Azərbaycan Endokrinoloqlar Cəmiyyəti tərəfindən “Dünya Diabet Gününə” həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir. Tədbir, diabetlə bağlı yenilikləri, qabaqcıl müalicə üsullarını və profilaktika tədbirlərini müzakirə etmək üçün mütəxəssisləri bir araya gətirəcək.
Konfransda ölkəmizin aparıcı endokrinoloqları, tibb sahəsinin mütəxəssisləri və sahə üzrə elmi araşdırmalar aparan şəxslər iştirak edəcək. Tədbirin məqsədi diabetin diaqnozu, müalicəsi və profilaktikasında yeni yanaşmalar barədə məlumat paylaşmaq və bu sahədə təcrübə mübadiləsi aparmaqdır.
Tədbirdə iştirak etmək üçün 994559784614 nömrəsi ilə WhatsApp vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur.