Sizi 6-7 sentyabr 2025-ci il tarixlərində Bakı Gənclər Mərkəzində keçiriləcək 1-ci Azərbaycan-Türkiyə Diabet Günlərinə dəvət etməkdən böyük məmnunluq duyuruq.
Azərbaycan Endokrinoloqlar Cəmiyyəti və Türkiyə Diabet Cəmiyyəti tərəfindən birgə təşkil olunan bu tədbirdə həm ölkəmizdən, həm də Türkiyədən tanınmış professor və mütəxəssislər diabet sahəsində elmi və praktik məruzələrlə çıxış edəcəklər.
Toplantı çərçivəsində diabetin müalicəsində komanda yanaşmasının vacibliyini vurğulamaq məqsədilə paralel olaraq “Diabet üzrə tibb bacısı kursu” və “Diabet dietologiyası kursu” da təşkil olunacaq. Tibb bacıları üçün kurs Türkiyədən dəvət olunmuş təcrübəli mütəxəssis tərəfindən aparılacaq, dietoloqlar üçün nəzərdə tutulmuş proqram isə Azərbaycan Nutrisiologiya və Dietologiya Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.
Konfransın elmi proqramı praktiki yönümlü yanaşmalarla zənginləşdirilərək, iştirakçılar üçün faydalı müzakirə və bilik mübadiləsi platforması yaradacaqdır.
Sizi bu mühüm toplantının bir parçası olmağa və diabet sahəsində biliklərinizi daha da genişləndirməyə dəvət edirik.