2-ci Diabet Tibb Bacısı Kursu
Sizi 2-ci Diabet Tibb Bacısı Kursuna dəvət etməkdən
böyük məmnunluq duyuruq
Hörmətli həmkarlar və səhiyyə işçiləri
Hörmətlə,
Təlimçilər və Məruzəçilər:
Endokrinoloq Könül Rzayeva
Diabet tibb bacısı Sema Şimşek
Tibb bacısı Günay Babayeva-İbadlı
Sizi 14 noyabr 2026-cı il tarixində Liv Bona Dea Hospitalda keçiriləcək 2-ci Diabet Tibb Bacısı Kursuna dəvət etməkdən böyük məmnunluq duyuruq.
Kurs çərçivəsində şəkərli diabeti olan xəstələrin izlənilməsində və idarə olunmasında tibb bacısının rolu, insulin terapiyası və istifadəsi texnikası, qlükometrdən düzgün istifadə qaydaları, eləcə də diabetik pəncə və yara baxımında tibb bacısının praktiki vəzifələri əyani şəkildə tədris olunacaqdır.
Kurs tibb bacıları və klinika orta tibb heyəti üçün nəzərdə tutulmuşdur.
Sizi bu praktiki təlimdə fəal iştirak etməyə dəvət edirik.
Proqram
09:30 – 10:00
Şəkərli diabeti olan xəstələrin izlənilməsində və idarə olunmasında tibb bacısının rolu. Endokrinoloq Könül Rzayeva
10:00 – 10:15
Müzakirə
10:15 – 10:45
İnsulin terapiyası. Endokrinoloq Könül Rzayeva
10:45 – 11:00
Müzakirə
11:00 – 11:30
İnsulin istifadəsi texnikası. Qlükometr istifadəsi. Tibb bacısı Günay Babayeva-İbadlı
11:30 – 11:45
Müzakirə
11:45 – 12:30
Diabetik pəncə və yara baxımında tibb bacısının rolu. Diabet tibb bacısı Sema Şimşek
12:30 – 12:45
Müzakirə
Sponsor & Tərəfdaşlar
2-ci Diabet Tibb Bacısı Kursu