TEZİS GÖNDƏRİŞİ ZAMANI NƏZƏRƏ ALINMALI MƏQAMLAR

  • Tezis göndərmə sistemindən ilk dəfə istifadə edirsinizsə, “Yeni İstifadəçi” bölməsi vasitəsilə qeydiyyatdan keçin.
  • Qeydiyyatdan sonra sistemdə təqdim olunan təlimat və izahatları diqqətlə oxuyun.
  • Tezislər göndərildiyi formada dərc olunacağından, orfoqrafik və qrammatik səhvləri yoxlayın.
  • Tezis göndərildikdən sonra təsdiq məktubunu saxlayın.
  • Qiymətləndirilmə prosesini sistem üzərindən izləyə bilərsiniz.

TEZİS MÖVZULARI

  • Tip 1 diabet
  • Tip 2 diabet
  • Prediabet və diabetin erkən diaqnostikası
  • Diabetin kəskin və xroniki ağırlaşmaları
  • Diabetik nefropatiya, retinopatiya, neyropatiya və diabetik ayaq
  • Makrovaskulyar ağırlaşmalar və kardiorenal-metabolik xəstəliklər
  • Lipid metabolizması və dislipidemiya
  • Piylənmə və metabolik xəstəliklər
  • Diabet və hamiləlik
  • Tibbi qidalanma müalicəsi
  • Fiziki aktivlik və idman
  • Diabet texnologiyaları (CGM, insulin pompaları, süni pankreas sistemləri, rəqəmsal sağlamlıq və süni intellekt tətbiqləri)
  • Diabetin müasir müalicə yanaşmaları
  • Diabet təhsili və psixososial yanaşmalar
  • Diabetlə yanaşı gedən endokrin və digər sistem xəstəlikləri
  • Klinik hal təqdimatları və multidissiplinar yanaşmalar
 

TEZİSLƏRİN HAZIRLANMASI VƏ GÖNDƏRİLMƏSİ QAYDALARI

  1. Tezislər yalnız https://azec.org.az vasitəsilə onlayn qəbul edilir.
  2. E-poçt, poçt və digər vasitələrlə göndərilən tezislər qəbul olunmur.
  3. Qəbul olunan formatlar: Orijinal tədqiqat (Original Research), Klinik hal təqdimatı (Case Report), Ədəbiyyat icmalı (Review).
  4. Bütün müəlliflərin adı, soyadı və müəssisəsi göstərilməlidir. Akademik dərəcə qeyd edilməməlidir. Nümunə: Hüseyn Əliyev.
  5. Müəssisə nümunəsi: Azərbaycan Tibb Universiteti, Daxili xəstəliklər kafedrası, Bakı, Azərbaycan.
  6. Başlıqda yalnız ilk sözün ilk hərfi böyük yazılır (ixtisarlar istisna olmaqla).
  7. Xüsusi ixtisar ilk istifadə zamanı tam açılışı ilə göstərilməlidir.
  8. Orijinal tədqiqat: Məqsəd, Material və metodlar, Nəticələr, Yekun.
  9. Klinik hal: Giriş, Klinik hal, Müzakirə, Nəticə.
  10. Ədəbiyyat icmalı: aktuallıq, ədəbiyyatın təhlili və yekun nəticələr.
  11. Başlıq və müəllif məlumatları istisna olmaqla maksimum 3000 simvol.
  12. Maksimum 1 şəkil və 2 cədvəl (JPG formatı).
  13. Tezislər Azərbaycan, türk və ya ingilis dillərində təqdim oluna bilər.
  14. Maliyyə dəstəyi və maraqlar toqquşması olduqda sonda qeyd edilməlidir.
  15. Tələblərə uyğun olmayan tezislər qiymətləndirilməyə qəbul edilməyə bilər.
 

TEZİSLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

  • Bütün tezislər anonim şəkildə Elmi Komitə tərəfindən qiymətləndiriləcəkdir.
  • Müəlliflərdən ən azı birinin konqres qeydiyyatı tamamlanmalıdır.
  • Nəticələr elektron poçt vasitəsilə bildiriləcəkdir.
  • Elmi Komitə tezisin şifahi məruzə və ya poster formatında təqdim edilməsinə qərar vermək hüququna malikdir.