24-26 may 2024 tarixlərində Azərbaycan Endokrinologiya Cəmiyyətinin 1-ci Milli Endokrinologiya Konfransı baş tutub

3 gün davam edən konfransda 40 moderator və məruzəçinin iştirakı ilə 5 sessiya, 6 panel, 2 satellit simpozium keçirilib. 309 həkim toplantı da iştirak edib. Məruzəçilər arasında qardaş ölkə Türkiyənin aparıcı universitetlərindən dəvət olunmuş beynəlxalq səviyyəli 6 professor və 2 dosent doktor yer alıb.

Konfransın açılışında
Milli Məclisin deputatı, Milli Məclisin səhiyyə komitəsinin üzvü İlham Məmmədov, TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva, Respublika Endokrin Mərkəzinin direktoru Nərmin İsmayılova,
İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Professoru Ahmet Sadi Gündoğdunu, Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri Dr Xəyyam Eyvazov, sədr köməkçisi Gülay Məmmədova, idarə heyəti üzvi Vəfa Nəsifova çıxış ediblər.

Həmçinin konfrans Dünya Tiroid Gününə rast gəlindiyindən 25 may tarixində günün birinci yarısı tiroid xəstəliklərinə həsr olunub. Endokrinoloq, cərrah, nüvə təbabəti həkimi, həkim-patoloqanatomun bir ara gəldiyi 2 tiroid panellərində tiroid xəstəlikləri A-dan Z-ə danışılıb, müzakirə olunub.

Konfransın qapanışında Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri Xəyyam Eyvazov, sədr köməkçisi Gülay Məmmədova çıxış ediblər. Qardaş ölkə Türkiyədən dəvət olunmuş Prof. Dr. Bülent Okan Yıldız, Prof. Dr. Mustafa Gönen, Prof. Dr. İlhan Satman, Prof. Dr. Ahmet Sadi Gündoğdu, Prof. Dr. Mehtap Çakır, Prof. Dr. Zeynep Cantürk, Dos. Dr. Adnan Batman, Dos. Dr. Nurdan Gülə, Yeni Klinikanın direktoru Barat Yusubova, Ellab Diaqnostik Mərkəzinin və B’Med şirkətinin əməkdaşlarına təşəkkür sertifikatları və plaketləri təqdim olunub.