TEZİS GÖNDƏRİŞİ ZAMANI NƏZƏRƏ ALINMALI MƏQAMLAR
- Tezis göndərmə sistemindən ilk dəfə istifadə edirsinizsə, “Yeni İstifadəçi” bölməsi vasitəsilə qeydiyyatdan keçin.
- Qeydiyyatdan sonra sistemdə təqdim olunan təlimat və izahatları diqqətlə oxuyun.
- Tezislər göndərildiyi formada dərc olunacağından, orfoqrafik və qrammatik səhvləri yoxlayın.
- Tezis göndərildikdən sonra təsdiq məktubunu saxlayın.
- Qiymətləndirilmə prosesini sistem üzərindən izləyə bilərsiniz.
TEZİS MÖVZULARI
- Tip 1 diabet
- Tip 2 diabet
- Prediabet və diabetin erkən diaqnostikası
- Diabetin kəskin və xroniki ağırlaşmaları
- Diabetik nefropatiya, retinopatiya, neyropatiya və diabetik ayaq
- Makrovaskulyar ağırlaşmalar və kardiorenal-metabolik xəstəliklər
- Lipid metabolizması və dislipidemiya
- Piylənmə və metabolik xəstəliklər
- Diabet və hamiləlik
- Tibbi qidalanma müalicəsi
- Fiziki aktivlik və idman
- Diabet texnologiyaları (CGM, insulin pompaları, süni pankreas sistemləri, rəqəmsal sağlamlıq və süni intellekt tətbiqləri)
- Diabetin müasir müalicə yanaşmaları
- Diabet təhsili və psixososial yanaşmalar
- Diabetlə yanaşı gedən endokrin və digər sistem xəstəlikləri
- Klinik hal təqdimatları və multidissiplinar yanaşmalar
TEZİSLƏRİN HAZIRLANMASI VƏ GÖNDƏRİLMƏSİ QAYDALARI
- Tezislər yalnız https://azec.org.az vasitəsilə onlayn qəbul edilir.
- E-poçt, poçt və digər vasitələrlə göndərilən tezislər qəbul olunmur.
- Qəbul olunan formatlar: Orijinal tədqiqat (Original Research), Klinik hal təqdimatı (Case Report), Ədəbiyyat icmalı (Review).
- Bütün müəlliflərin adı, soyadı və müəssisəsi göstərilməlidir. Akademik dərəcə qeyd edilməməlidir. Nümunə: Hüseyn Əliyev.
- Müəssisə nümunəsi: Azərbaycan Tibb Universiteti, Daxili xəstəliklər kafedrası, Bakı, Azərbaycan.
- Başlıqda yalnız ilk sözün ilk hərfi böyük yazılır (ixtisarlar istisna olmaqla).
- Xüsusi ixtisar ilk istifadə zamanı tam açılışı ilə göstərilməlidir.
- Orijinal tədqiqat: Məqsəd, Material və metodlar, Nəticələr, Yekun.
- Klinik hal: Giriş, Klinik hal, Müzakirə, Nəticə.
- Ədəbiyyat icmalı: aktuallıq, ədəbiyyatın təhlili və yekun nəticələr.
- Başlıq və müəllif məlumatları istisna olmaqla maksimum 3000 simvol.
- Maksimum 1 şəkil və 2 cədvəl (JPG formatı).
- Tezislər Azərbaycan, türk və ya ingilis dillərində təqdim oluna bilər.
- Maliyyə dəstəyi və maraqlar toqquşması olduqda sonda qeyd edilməlidir.
- Tələblərə uyğun olmayan tezislər qiymətləndirilməyə qəbul edilməyə bilər.
TEZİSLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
- Bütün tezislər anonim şəkildə Elmi Komitə tərəfindən qiymətləndiriləcəkdir.
- Müəlliflərdən ən azı birinin konqres qeydiyyatı tamamlanmalıdır.
- Nəticələr elektron poçt vasitəsilə bildiriləcəkdir.
- Elmi Komitə tezisin şifahi məruzə və ya poster formatında təqdim edilməsinə qərar vermək hüququna malikdir.