Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin 2-ci Azərbaycan–Türkiyə Diabet Günləri konfransı keçiriləcək

Dəyərli həkimlər!

Azərbaycan Endokrinoloqlar Cəmiyyəti və Türk Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək 2-ci Azərbaycan–Türkiyə Diabet Günləri elmi-praktik konfransını sizlərə təqdim edirik.

Konfrans çərçivəsində:
🔹 Diabetin diaqnostikası,
🔹 müalicəsi,
🔹 ağırlaşmaların idarə olunması,
🔹 innovativ texnologiyalar və müasir klinik yanaşmalar üzrə yerli və Türk mütəxəssislərin çıxışları təqdim olunacaq.

Konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaq və iştirakçılara sertifikat veriləcəkdir.

🗓 Tarix: 14–15 noyabr 2026
📍 Məkan: Badamdar Hotel and Residences, Bakı

Qeydiyyat və əlavə məlumat üçün:
📞 055 677 26 29